95 gün itən balıqçı sağ qalmaq üçün tısbağa və quş yeyib
Perunun cənub sahillərindən balıq tutmaq üçün dənizə çıxan Maksimo Napa fırtına səbəbindən istiqamətini itirərək Sakit okeanda 95 gün boyunca sürüklənib. Ekvador sularında tapılan Napa həyatda qalmaq üçün böcək, quş və dəniz tısbağası yediyini deyib.
BAKU.WS xəbər verir ki, bu barədə trt haber məlumat yayıb.
Napanın dekabrın 7-də iki həftəlik səfərə çıxdığı, lakin fırtına səbəbindən 1 094 km sürükləndiyi bildirilib. Ailəsi onun üçün axtarış elan etsə də, Perunun dəniz patrulu balıqçını tapa bilməyib. Son 15 günü heç nə yemədən keçirdiyini deyən Napa, Tanrının ona ikinci şans verdiyini bildirib.
Ailə üzvləri Napanın doğum gününü xüsusi şəkildə qeyd edəcəklərini söyləyiblər. O, Ekvadorda tibbi müayinədən keçdikdən sonra Perunun paytaxtı Limaya aparılacaq.
Oxşar xəbərlər
Rusiya ordusunda döyüşən azərbaycanlı həlak oldu
Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz həlak olub. BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, Rusiya ordusu sıralarında döyüşlərə qatılan Lənkər...