2027-ci ildə bu bürcdən olan subayları sevindirəcək proqnozlar
2027-ci il bəzi bürclərin şəxsi həyatında mühüm dəyişikliklərlə yadda qala bilər.
BAKU.WS xəbər verir ki, astroloqların fikrincə, xüsusilə subay olan bəzi bürclər bu il yeni tanışlıqlar və romantik münasibətlər baxımından daha şanslı ola bilərlər.
Onlar gözləmədikləri anda həyatlarına daxil olan insanla ciddi münasibətə başlaya, hətta uzun müddətdir arzuladıqları ailə həyatına doğru ilk addımı ata bilərlər.
Ən çox sevinəcək subay bürclər arasında Qoç, Əkizlər, Şir, Tərəzi və Oxatanın adı çəkilir.
Bu bürclərdən olan şəxslər üçün 2027-ci ildə yeni tanışlıqlar, gözlənilməz görüşlər və romantik münasibətlər baxımından maraqlı dövr yaşana bilər. Bəzi hallarda adi bir dostluğun sevgi münasibətinə çevrilməsi də mümkündür.
Xüsusilə ilin ikinci yarısında subayların şəxsi həyatında canlanma gözlənilir. Keçmiş münasibətlərini geridə qoyanlar üçün yeni səhifə açmaq və həyatına uyğun insanla qarşılaşmaq ehtimalı arta bilər.
Qeyd edək ki, astrologiya elmi proqnoz metodu deyil və bu cür yozumlar əyləncə xarakteri daşıyır.
Oxşar xəbərlər
İrançılıq düşüncəsinin paradoksları
"Təbriz Şəhər Şurasının üzvü Rəsul Bərgi son illər Güney Azərbaycan türklərinin mədəni-tarixi irsinin və ana dilinin müdafiəsi yönündə çıxışları ilə Arazın hər...