SİZİN REKLAM BURADA!
055 213 76 73


Livanın paytaxtı Beyrutda partlayışdan sonra təxminən 300 min insan evsiz qalıb.

BAKU.WS xəbər verir ki, bunu Livan paytaxtının qubernatoru Mərvan Abbuud deyib.

Qubernatorun sözləri "Əl-Ərəbiyyə" telekanalı tərəfindən "Twitter"də yer alıb.

Şəhərin qubernatorunun sözlərinə görə, Beyruta partlayışdan sonra dəyən ziyanın miqdarı 3-5 milyard dollar qiymətləndirilir.

Bu dəqiqəyə olan məlumata görə, partlayış 100-dən çox insanın həyatına son qoyub, 4 min insan yaralanıb.

BAKU.WS
QALEREYA