SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünən gecə Minsk yaxınlığında Belarusun hüquq-mühafizə orqanlarının əməkdaşları "Vaqner" xarici özəl hərbi şirkətin 32 hərbçisini saxlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə "BELTA" agentliyi məlumat yayıb.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, seçki kampaniyası zamanı vəziyyəti gərginləşdirmək üçün Belarus ərazisinə 200-dən çox hərbçinin gəlməsi barədə məlumat daxil olub. Rusiya vətəndaşlarından ibarət hərbçilərin hər birinin yanında kiçik əl çamadanı və üç böyük ağır çamadan olub.

İyulun 24-dən 25-nə keçən gecə paytaxta gəldikdən sonra qrup Minskdəki otellərdən birinə yerləşib. İyulun 27-də oteldən ayrılıb və Minsk bölgəsindəki sanatoriyalardan birinə keçiblər.

Sanatoriya rəhbərliyindən verilən məlumata görə, ziyarətçilər davranışları, rus turistlər üçün xarakterik olmayan və vahid hərbi geyimləri ilə diqqət çəkiblər. Kiçik qruplarla sanatoriyanın ərazisini və ətrafını diqqətlə araşdırıblar. Bu gecə Minsk şəhərində OMON və Dövlət Təhlükəsizlik Xidmətinin "A" qrupu qüvvələri tərəfindən 32 nəfər xüsusi əməliyyat zamanı saxlanılıb. Bundan əlavə, ölkənin cənubunda başqa bir şəxs də ələ keçib.

Saxlanılan şəxslərin siyahısı belədir: 

1. Milaev Arem Viktoroviç, 2 yanvar 1981-ci ildə anadan olub. 

2. Bəxtiyarayev Toxir Minigayanoviç, 18 aprel 1980-ci ildə anadan olub.

3. Altuxov Aleksandr Viktoroviç, 18 aprel 1980-ci ildə anadan olub.

4. Li Vladimir Aleksandroviç, 26 iyul 1989-cu ildə anadan olub.

5. Kojevnikov Andrey Yuriyeviç, 16 yanvar 1980-ci ildə anadan olub.

6. Sapronov Aleksey Vladimiroviç, 8 iyul 1978-ci ildə anadan olub.

7. Şerbakov Sergey Vladimiroviç, 21 iyul 1981-ci ildə anadan olub.

8. Volgin Aleksey Vladimiroviç, 21 iyun 1975-ci ildə anadan olub.

9. Driqa Oleq İqoreviç, 6 mart 1986-cı ildə anadan olub.

10. Pavlenko Sergey Qriqorieviç, 25 iyun 1976-cı ildə anadan olub.

11. Rudenko Aleksandr Svyatoslavoviç, 26 dekabr 1984-cü ildə anadan olub.

12. Xaritonov Denis Yuriyeviç, 16 mart 1980-ci ildə anadan olub.

13. Sidorov Sergey Aleksandroviç, 1 yanvar 1972-ci ildə anadan olub.

14. Koşman Maksim Yaroslavoviç, 6 sentyabr 1981-ci ildə anadan olub.

15. Bubnov Sergey Gennadieviç, 8 yanvar 1971-ci ildə anadan olub.

16. Nijnik Pavel Aleksandroviç, 24 iyun 1987-ci ildə anadan olub.

17. Selıxov Vladimir İvanoviç, 4 oktyabr 1986-cı ildə anadan olub.

18. Fetisov Gennadi Evgenieviç, 22 oktyabr 1986-cı ildə anadan olub.

19. Fomin Mixail Nikolaeviç, 7 mart 1973-cü ildə anadan olub.

20. Ekimov Vladimir Sergeeviç, 19 oktyabr 1973-cü ildə anadan olub.

21. Kərimov Rinat, 15 avqust 1984-cü ildə anadan olub.

22. Şubin Aleksandr, 15 yanvar 1996-cı ildə anadan olub.

23. Şelomentsev İqor, 18 avqust 1975-ci ildə anadan olub.

24. Maslov Sergey Alekseeviç, 29 sentyabr 1988-ci ildə anadan olub.

25. Zaydulen Rustem, 6 oktyabr 1974-cü ildə anadan olub.

26. Tokarenko Andrey Viktoroviç, 24 yanvar 1965-ci ildə anadan olub.

27. Serdyukov Andrey Viktoroviç, 16 avqust 1975-ci ildə anadan olub.

28. Sergeev Fedor Mixayloviç, 17 may 1987-ci ildə anadan olub.

29. Tanov Rafiq Kabuloviç, 30 aprel 1975-ci ildə anadan olub.

30. Zyablitsev Evgeniy Sergeeviç, 23 noyabr 1992-ci ildə anadan olub.

31. Samarin Pavel Lvoviç, 11 noyabr 1981-ci ildə anadan olub.

32. Bakunoviç Andrey Petroviç, 30 dekabr 1977-ci ildə anadan olub.

33. Şatskiy Artem, 30 iyul 1982-ci ildə anadan olub.

BAKU.WS