VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

COVID-19-a yoluxduğuna görə xəstəxanaya yerləşdirilən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov evə buraxılıb.

BAKU.WS TASS-a istinadən xəbər verir ki, bu barədə o, özü məlumat yayıb.

"Xəstəxanadan çıxmışam və hələ ki, karantindəyəm", - D.Peskov deyib.

Rusiya prezidentinin mətbuat katibi fəaliyyətini evdən davam etdirəcəyini bildirib.

Qeyd edək ki, D.Peskov mayın 12-də koronavirusa yoluxduğunu açıqlamışdı.

BAKU.WS