VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çeçenistan rəhbəri Ramzan Kadırov koronavirus şübhəsi ilə Moskvaya çatdırılıb.

BAKU.WS-in “BAZA” Telegram kanalına istinadən yaydığı məlumata əsasən, o, Rusiyanın paytaxtında ən yaxşı klinikalardan birinə yerləşdirilib.

İlk simptomlar bir neçə gün əvvəl görünsə də, o, qripə yoluxduğunu düşünüb. Lakin Kadırovun səhhəti pisləşdiyindən həkimlər ona Moskva xəstəxanalarına müraciət etməyi tövsiyə ediblər.

Tibbi dairələrdən verilən məlumatlara görə, Ramzan Kadırovda artıq ağciyərlərin zədələnməsi qeydə alınıb. Ancaq COVID-19-a yoluxma diaqnozu hələlik təsdiq olunmayıb.

BAKU.WS