VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə COVID-19 pandemiyası ilə mübarizədə tətbiq olunan qadağalar yumşaldılır.

BAKU.WS xəbər verir ki, bu barədə Türkiyə Prezidenti COVID-19 pandemiyası ilə əlaqədar ölkədə keçirilən Nazirlər Kabinetinin növbəti toplantısından sonra mətbuata açıqlamasında bildirib.

Ölkədə pandemiyadan sonrakı dövrə keçid planı barədə danışan Rəcəb Tayyib Ərdoğan burada may, iyun və iyul aylarının əsas rol oynayacağını bildirib. Türkiyə Prezidenti mayın 10-dan etibarən yumşaltma tədbirləri çərçivəsində ilkin mərhələdə yaşı 65-dən yuxarı və 20-dən aşağı olanların həftənin müəyyən günləri evdən çıxmalarına icazə veriləcəyini, mayın 11-dən isə alış-veriş mərkəzi, gözəllik salonları kimi ictimai obyektlərin fəaliyyətə başlayacağını bildirib.

Qeyd edilib ki, ölkənin 31 şəhərində tətbiq olunan giriş-çıxış qadağası Antalya, Aydın, Ərzurum, Hatay, Malatya, Mərsin və Muğla olmaqla yeddi şəhər üçün dayandırılır. İstanbul, Ankara, İzmir kimi böyük şəhərlərdə isə bu qadağa davam etdiriləcək. Rəcəb Tayyib Ərdoğan eyni zamanda həftə sonu qadağalarının da bir müddət eyni şəkildə davam edəcəyini, iyunun 15-dən isə universitetlərin fəaliyyətə başlayacağını söyləyib.

Ölkədə sosial dəstək paketinin 200 milyard dolları keçdiyini deyən Rəcəb Tayyib Ərdoğan COVID-19-la mübarizədə başladılan “Biz bizə yetərik Türkiyəm” kampaniyası çərçivəsində toplanan vəsaitin 1 milyard 910 milyon lira olduğunu bildirib.

BAKU.WS