İtaliyada bir gündə 766 nəfər koronavirusdan dünyasını dəyişib

03
apr
2020
22:12
İtaliyada son sutka ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 766 nəfər dünyasını dəyişib, ölənlərin ümumi sayı 14 681 nəfərə çatıb.
BAKU.WS-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Mülki Müdafiə Departamenti xəbər yayıb.
Məlumatda bildirilib: "Hazırda koronavirusa yoluxanların sayı 85 388 nəfər təşkil edir".
Ölkədə ötən sutka ərzində 1 480 nəfər sağalıb, ümumilikdə sağalanların sayı 19 758 nəfərdir, yoluxanların ümumi sayı, ölü və müalicə olunanlar da daxil olmaqla, 119 827 təşkil edir.
Oxşar xəbərlər
Koronavirusda artım - Son 24 saatda ölənlərin sayı 21 292-yə çatdı
Koronavirus pandemiyası (COVİD-19) son 24 saatda rekorda imza atıb. BAKU.WS habertürk-ə istinadən verdiyi məlumata görə, bu müddət ərzində koronavirusdan ölənlə...
