SİZİN REKLAM BURADA!
055 213 76 73


Fransa xəstəxanalarında son 24 saat ərzində 509 nəfər koronavirusdan dünyasını dəyişib.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə departamentinin rəhbəri Jerom Salomon keçirdiyi brifinqdə bildirib.

O, qeyd edib ki, ümumilikdə ölkədə 4 032 nəfər koronavirusun qurbanı olub.

Onun sözlərinə görə, 24 000 nəfərə COVID-19 diaqnozu qoyulub, 6 017 pasiyent reanimasiyada müalicə olunur.

Jerom Salomonun sözlərinə görə, reanimasiyada müalicə alanların 80 nəfərinin yaşı 30-dan azdır.

BAKU.WS