Fransada koronavirus qurbanlarının sayı 4 min nəfəri ötdü
01
apr
2020
22:50
Fransa xəstəxanalarında son 24 saat ərzində 509 nəfər koronavirusdan dünyasını dəyişib.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə departamentinin rəhbəri Jerom Salomon keçirdiyi brifinqdə bildirib.
O, qeyd edib ki, ümumilikdə ölkədə 4 032 nəfər koronavirusun qurbanı olub.
Onun sözlərinə görə, 24 000 nəfərə COVID-19 diaqnozu qoyulub, 6 017 pasiyent reanimasiyada müalicə olunur.
Jerom Salomonun sözlərinə görə, reanimasiyada müalicə alanların 80 nəfərinin yaşı 30-dan azdır.
Oxşar xəbərlər
Fransada bir gündə 100-dən çox insan koronavirusun qurbanı oldu
Fransada COVID-19 epidemiyasına yoluxanların sayı artıb. BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Fransanın Səhiyyə üzrə baş direktoru Jerom Salomo...