Gürcüstanın dövlət naziri azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik etdi

Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili ölkənin müsəlman vətəndaşlarını Novruz bayramı münasibətilə təbrik edib.
BAKU.WS “report”a istinadən xəbər verir ki, o, Gürcüstanın etnik, dini və mədəni müxtəlifliyini ölkənin əsas nailiyyəti adlandırıb.
K. Tsixelaşvili bu müxtəlifliyin qorunub saxlanılması və möhkəmləndirilməsinin önəmini vurğulayıb: “Bu gün koronavirusun bütün dünyaya yayılması təhlükəsi olduğu bir çətin dövrdə sizin hamınıza möhkəm cansağlığı arzu edirəm.
İnanırıq ki, biz bu problemin öhdəsindən birgə səylər və həmrəyliklə gələcəyik. Qoy, bu gün vətənimizə və hamımıza sülh, əmin-amanlıq və sevinc gətirsin”.
Oxşar xəbərlər
Koronavirus heyvanlardan insanlara keçə bilərmi?
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) heyvanların koronavirusu insanlara ötürə biləcəyinə dair heç bir sübut olmadığını açıqlayıb. BAKU.WS “report”a...
