VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın sənaye, mədən və ticarət naziri Rza Rəhmani koronavirus şübhəsilə xəstəxanaya yerləşdirilib.

BAKU.WS APA-ya istinadla xəbər verir ki, o, Tehranda xəstəxanaların birində müalicə alır.

Xatırladaq ki, İranda koronavirusa yoluxanların sayı 2336 nəfərdir. Bunların arasında 23 nəfər deputat da var. İranın Təcili Tibbi Yardım Mərkəzinin rəisi Pirhüseyn Kulivənd də koronavirusa yoluxub.

Qeyd edək ki, bu ölkədə virusdan həyatını itirənlərin sayı 77, sağalanların sayı isə 436 nəfər təşkil edir. Dünyasını dəyişənlər içərisində Ali Məhkəmənin sədrinin müşaviri də var. Ölkədə epidemiyanın qarşısını almaq üçün 54 min məhbus evə buraxılıb.

BAKU.WS