Almaniyada avtomobilin insanların üzərinə sürülməsi nəticəsində 15 nəfər yaralanıb

24
fev
2020
21:38
Almaniyanın Folkmarzen şəhərində avtomobilin karnaval iştirakçılarının üzərinə sürülməsi nəticəsində azı 15 nəfər yaralanıb.
BAKU.WS xəbər verir ki, polis gümüşü rəngli “Mercedes Kombi” markalı avtomobilin sürücüsünü artıq saxlayıb. Avtomobil dayanana qədər təqribən 30 metr məsafə qət edib. Şahidlərin sözlərinə görə, sürücü avtomobili insanların üzərinə sürdükdən sonra ayağını pedala basmağa davam edib. Onun bunu qəsdən edib-etmədiyi aydınlaşdırılır.
Oxşar xəbərlər
Dünyanın ən bahalı kurortları açıqlandı - SİYAHI
Kurort istirahəti çoxlu sayda müxtəlif sosial statuslu insanları daim cəlb edir. İsti dəniz, qızmar yay günəşi və ekzotik meyvələr məzuniyyət keçirmək üçün əla...
