Koronavirusu müalicə edən həkim öldü

Koronavirusu müalicə edən həkim öldü
Siyasət 863

Çinin Uhan şəhərinin müvəqqəti xəstəxanalarından birinin baş həkimi koronavirusdan ölüb.

BAKU.WS xəbər verir ki, bu barədə “Jenmin Jibao” qəzeti məlumat yayıb.

«Uhandakı Uçan xəstəxanasının COVID19-a yoluxmuş direktoru Lyu Çjimin fevralın 17-də ölüb. O, koronavirusdan ölən ilk tibb müəssisəsi rəhbəridir”, - nəşr yazıb.

Xatırladaq ki, Çinin hakimiyyət orqanları Ümumdünya Səhiyyə Təşkilatını 2019-cu il dekabrın 31-də ölkədə yeni virusun yayılması barədə məlumatlandırıb. Mütəxəssislər bunun 2019-nCoV koronavirus olduğunu müəyyənləşdiriblər.

Çində virusa yoluxanların sayı 70,5 min nəfəri ötüb. Ölkədə 1770 nəfər virusdan vəfat edib. Daha 10,8 min nəfər müalicə edilərək sağalıb. Çindən kənarda bu virusa yoluxanların sayı 700 nəfərdən çoxdur.

Oxşar xəbərlər

Ceki Çan koronavirusa qarşı vaksin icad edənə 1 milyon verəcək

Ceki Çan koronavirusa qarşı vaksin icad edənə 1 milyon verəcək

Ceki Çan virusa qarşı vaksin tapana 1 milyon Çin yuanı (təxminən 143 min dollar) verəcək. BAKU.WS xəbər verir ki, çinli aktyor "Weibo" sosial şəbəkəsində ölkəsi...

768 Siyasət 09:50 10 fevral 2020

Son xəbərlər