80 milyon il əvvəl aid dinozavr yumurtaları tapıldı: "Tamamilə təzədir"
Yeniliklərdən dərhal xəbərdar olun
Çinin Qançjou şəhərində 80 milyon il əvvəl aid dinozavr yumurtaları tapılıb.
BAKU.WS xəbər verir ki, indiyə qədər kəşf edilməyən 6 yumurta təzə qalıb. Bu yumurtalar bir yuvadan çıxıb və Mezozoy erasının sonuncu dövrünə aiddir.
Mütəxəssislərin fikrincə, bu əhəmiyyətli fosil kəşfi dinozavrların cütləşmə vərdişləri və müxtəlifliyi ilə bağlı yeni məlumatlar vermək potensialına malikdir.
Tədqiqatçılar yumurta qabığının formasını və naxışlarını təhlil etmək üçün skan edən elektron mikroskopiyadan (SEM) və difraksiya üsullarından istifadə ediblər.
Bu texnologiyanın köməyi ilə qabığın xarici quruluşu və daxili quruluşundakı çıxıntılar ətraflı şəkildə öyrənilib
Nəticələr yumurtaların əvvəllər kəşf edilmiş digər yumurtalardan çox fərqli olduğunu göstərib.
Qalereya
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...