SİZİN REKLAM BURADA!
055 213 76 73


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusla bağlı hazırkı vəziyyəti açıqlayıb.

BAKU.WS xəbər verir ki, təşkilatın açıqlamasında bu virusun yayıldığı ölkələrin adları qeyd olunmasa da, bütün dünya ölkələrinə bu virusa qarşı tədbirli olmaqla bağlı çağırış edilib.

Son məlumatlara görə, təkcə Çində virusdan ölənlərin sayı 170 nəfərə çatıb. Koronavirusa yoluxanların sayı isə 7711 nəfərə çatıb. Onlardan 1370 nəfərin vəziyyəti ağırdır.

Mətbuatda çıxan məlumatlara əsasən koronavirus 15-dən çox ölkədə yayılıb. Bunlar aşağıdakılardır:

Honqkonq - 8 fakt

Makao - 7 fakt

Tayvan - 8 fakt

Tailand - 14 fakt

ABŞ - 5 fakt

Avstraliya - 5 fakt

Yaponiya - 6 fakt

Malayziya - 7 fakt

Sinqapur - 7 fakt

Fransa - 4 fakt

Cənubi Koreya - 4 fakt

Vyetnam - 2 fakt

Kanada - 3 fakt

Nepal - 1 fakt

Almaniya - 4 fakt

Kamboca - 1 fakt

Şri-Lanka - 1 fakt

Birləşmiş Ərəb Əmirlikləri - 1 fakt

Artıq bir çox ölkələr, o cümlədən Azərbaycan da virusun yayılma ehtimalına görə Çinə uçuşları müvəqqəti dayandırıb.

Məlumat üçün bildirək ki, virus ilk dəfə ötən il dekabrın sonunda Çinin Uhan şəhərində qeydə alınıb. 23 yanvardan etibarən 11 milyon nəfər əhalisi olan bu şəhər karantinə alınıb. Şəhərə giriş-çıxış bağlanıb.

Ticarət obyektləri bağlanıb, ictimai nəqliyyat fəaliyyətini müvəqqəti dayandırıb. Milyonlarla insanın yaşadığı şəhərdə küçədə az sayda adam görmək mümkündür. Çin hökuməti Yeni il bayramından sonra davam edən tətilin müddətini də uzadıb.

Hazırda Çində küçələr dezinfeksiya edilir. Hökumət virusa qarşı mübarizə tədbirləri görülməsi üçün 4 milyard dollara yaxın vəsait ayırıb.

Qeyd edək ki, koronavirus dünyada ilk dəfə 2012-ci ilin sentyabrında Səudiyyə Ərəbistanında yayılıb və yüzlərlə insanın ölümünə səbəb olub. Virus ağciyərləri və böyrəkləri sıradan çıxarır, immuniteti çökdürür. Virusa qarşı vaksin hələlik yoxdur.

Fərid ƏDALƏT
BAKU.WS
QALEREYA