VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Brexitdən sonra Böyük Britaniyada viza proseduralarında dəyişiklik ediləcək. Belə ki, elm adamlarına istedad vizası ilə Britaniyaya gəlmək imkanı veriləcək.

Baş Nazir Boris Conson fevralda elm adamları və hər hansı sahədə peşəkar şəxslər üçün istedad vizasının tətbiq olunacağını söyləyib. Boris Conson bu viza ilə Britaniyanın dünyanın ən istedadlı beyinləri üçün açıq olduğunu göstərəcəyini deyib. Qlobal istedad vizası fevralın 20-dən etibarən müraciətlərə açıq olacaq. Yeni vizalar Daxili İşlər Nazirliyi tərəfindən deyil, Britaniya Tədqiqat və İnnovasiya Agentliyi tərəfindən veriləcək. Bununla vizaların daha sürətlə verilməsi planlaşdırılır.

BAKU.WS