SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ prezidenti Donald Tramp İranın raket hücumuna “Twitter” hesabında münasibət bildirib. 

BAKU.WS xəbər verir ki, Ağ Ev rəhbəri tvitində hər şeyin qaydasında olduğunu yazıb. 

"Hər şey yaxşıdır! İrandan İraqdakı iki hərbi bazaya raketlər buraxılıb. Zərərçəkənlər varmı, ziyanın miqdarı - indi onun qiymətləndirilməsi gedir. Sabah səhər açıqlama verəcəyəm",-deyə Donald Tramp qeyd edib. 

Qeyd edək ki, dünən gecə İran Silahlı Qüvvələri ABŞ-ın İraqdakı aviabazalarına 35 raket zərbəsi endirib.

BAKU.WS