76 illik məşhur avtomobil şirkəti istehsalı dayandıra bilər
"Volkswagen" qrupu 1950-ci ildə yaradılan İspaniyanın SEAT markasının avtomobil istehsalını 2029-cu ilin sonunda dayandırmağı nəzərdən keçirir.
BAKU.WS xəbər verir ki, şirkət daxilində hazırlanan plana əsasən, SEAT-a yeni investisiyaların yönəldilməsi dayandırılaraq vəsaitlər daha yüksək gəlirlilik göstəricisinə malik CUPRA markasına sərf ediləcək. Bununla yanaşı, Volkswagen Qrupunun dörd zavodunun bağlanması və dünya üzrə 100 minə yaxın iş yerinin ixtisarı da planlaşdırılır.
SEAT isə avtomobil istehsalının dayandırılması ilə bağlı hələ yekun qərar verilmədiyini açıqlayıb. Məsələnin şirkətin yaxın günlərdə keçiriləcək müşahidə şurasının iclasında müzakirə ediləcəyi bildirilir.
Oxşar xəbərlər
İndoneziyada Semeru vulkanı 3 dəfə püskürdü
İndoneziyanın Yava adasının şərqində yerləşən Semeru vulkanında ardıcıl 3 püskürmə baş verib. BAKU.WS xəbər verir ki, püskürmə zamanı vulkan külü 800-1000 metr...