VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rəsmi Ankara Liviyaya qoşun yeridə bilər.

BAKU.WS "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan danışıb.

Ərdoğan Bilkent Universitetində çıxışı zamanı bildirib ki, Liviya hökuiməti rəsmi olaraq müraciət edərsə, Türkiyə bu ölkəyə qoşun göndərəcək.

Qeyd edək ki, Liviyada inqilabdan sonra siyasi sabitlik heç cür təmin olunmur. Təqaüdçü general Xəlifə Həftər Zintan şəhərindən olan yaraqlılarla ölkənin bir hissəsinə nəzarət edir. Tripoli və Misratadakı inqilabçılarla birgə hərəkət edən Liviyanın mərkəzi hökuməti general Həftərə müqavimət göstərir.

BAKU.WS