SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ-ın Flordia ştatında yerləşən Pensakola hərbi-dəniz bazasında silahlı insident baş verib.

BAKU.WS Türkiyənin “Cümhuriyyət” qəzetinə istinadən xəbər verir ki, orada təhsil Səudiyyə Ərəbistanı ordusunun əsgəri tələbələrin qaldığ binaya hücum edb.

Hücum nəticəsində 3 nəfər ölüb, 8 nəfər isə yaralanıb.

Əraziyə cəlb edilən qüvvələr 1 saatlıq əməliyyatdan sonra silahlı şəxsi öldürüblər.

Araşdırma zamanı onun Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrində xidmətdə olan Məhəmməd Səid Əlşamrani olduğu müəyyən edilib.

Hadisə ilə əlaqədar Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Al Səud ABŞ Prezidenti Donald Trampa başsağlığı verib.

O bildirib ki, həmin şəxs S.Ərəbistanı xalqının Amerika xalqına qarşı bəslədiyi hissləri təmsil etmir.

BAKU.WS
QALEREYA