Səudiyyə hökuməti “Twitter” işçilərinə rüşvət verib - Məlumatları ələ keçirib
07
noy
2019
11:19
Səudiyyə Ərəbistanı hökumətinin “Twitter”də məşhur jurnalistlər və müxalifətçilərin hesablarını ələ keçirdiyi üzə çıxıb.BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Səud hökuməti bunun üçün “Twitter” işçilərinə dəyərli hədiyyələr və yüksək miqdarda pul ödəyib.Bununla bağlı ABŞ-ın San-Fransiskodakı Regional Məhkəməsində iş açılıb.İstintaq zamanı müəyən edilib ki, profillərin izlənilməsi 2015-ci ildən başlayıb və 4 il ərzində 6 mindən çox insanın məlumatları ələ keçirilib.Faktın üzə çıxmasından sonra “Twitter” rəhbərliyi Səudiyyə hökumətinə casusluq edən iki işçini işdən çıxarıb. İşdən çıxarılanlardan biri ailə ilə birlikdə Səudiyyə Ərəbistanına köçüb və bir daha ABŞ-a qayıtmayıb.
Oxşar xəbərlər
Səudiyyə Ərəbistanı geri addım atır - Sülh danışıqları başlaya bilər
İkin gün öncə 2 min əsgəri Yəməndə hakimiyyətə nəzarət edən husilərin Ənsarullah Hərəkatının döyüşçülərinə əsir düşən Səudiyyə Ərəbistanı geri addım atmağa başl...