SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün 2019-cu il fiziologiya və tibb üzrə Nobel mükafatının qalibləri müəyyənləşib. 

BAKU.WS
xəbər verir ki, bu barədə Nobel Komitəsinin rəsmi saytı məlumat yayıb. 

Nobel mükafatı onkoloq Uilyam G. Kelin (ABŞ), bioloq Piter J. Ratkliffe (Böyük Britaniya), genetik və pediatr Qreqq Semenzaya (ABŞ) təqdim olunub.

Alimlər hüceyrələrin oksigenin varlığını hiss etməsi və ona uyğunlaşması ilə bağlı kəşflərinə görə mükafata layiq görülüblər.

Qeyd edək ki, qaliblərin mükafatlandırma mərasimi ənənəyə uyğun olaraq dekabrın 10-da Alfred Nobelin vəfatı günü keçiriləcək.
BAKU.WS
QALEREYA