7 fərqli avtomobilin parçalarından yığılan MAŞIN aşkarlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə avtomobil almaq istəyən bir şəxs aldığı 1996-cı il istehsalı Toyota Corolla model avtomobilin ekspertiz yoxlamasına aparılması zamanı avtomobilin 7 fərqli avtomobildən parçalarla toplandığı müəyyən edilib.
BAKU.WS xəbər verir ki, A.S. adlı şəxs, satıcı tərəfindən avtomobilin yalnız 2 hissəsinin dəyişdiyi bildirilərək təqdim edildiyini öyrənib. Satıcının əvvəlcədən hazırlanan ekspertiz hesabatını göstərməsi üzərinə A.S. avtomobili yenidən ekspertizə aparıb. Yoxlama zamanı avtomobilin ön, arxa, tavan və sütun bölmələrinin fərqli rəngdə olduğu və müxtəlif eyni marka və model avtomobillərə aid hissələrdən toplandığı müəyyən edilib.
Oto ekspertiz üzrə mütəxəssis Şenol Uysal bildirib ki, son dövrlərdə avtomobil parçalarını birləşdirərək toplama avtomobil hazırlama halları artıb: "Avtomobil iki dəyişən olaraq gətirildi, amma bütün dəyişən parçalar çıxma vasitələrlə dəyişdirilmişdi. Biz yoxladıq və tavanın fərqli, sütunlarda kəsiklər olduğunu, digər hissələrin isə fərqli avtomobillərdən götürülərək dəyişdirildiyini müəyyən etdik. Bunları həm alıcıya, həm də satıcıya göstərdik və ikisi də bu vəziyyəti təsdiqlədi. Nəticədə avtomobili alacaq şəxs almaqdan vaz keçdi və təşəkkür etdi."
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...