SİZİN REKLAM BURADA!
055 213 76 73


İngiltərənin ABŞ-dakı səfiri Kim Darroç istefa verib.

BAKU.WS “Haber7”yə istinadən xəbər verir ki, bu barədə İngiltərə Xarici İşlər Nazirliyindən məlumat verilib.

İstefanın səbəbi isə bilinmir.

Qeyd edək ki, bir müddət öncə Darroçun elektron yazışmalarında Donald Tramp rəhbərliyini “bacarıqsız, inamsız, məzhəbçi, fəaliyyətsiz, anormal” kimi ifadə etmişdi.

Tramp isə səfiri “çox axmaq adam” adlandırmışdı.
BAKU.WS