SİZİN REKLAM BURADA!
055 213 76 73


Əfqanıstanın Kabil şəhərində bomba ilə yüklənmiş avtomobil insanların intensiv hərəkət etdiyi küçədə partladılıb.

BAKU.WS DHA-ya istinadən xəbər verir ki, hadisə yerli vaxla 08:00 radələrində baş verib.

Terror aktı nəticəsində 53 nəfər yaralanıb. Ölkənin Səhiyyə Nazirliyi yaralıların çoxunun qadın və uşaqlar olduğunu açıqlayıb.

Hadisədən sonra bölgədə polislərlə terrorçular arasında atışma olub.

Terrorçuların hansı qruplaşmaya məxsus olduğu hələlik məlum deyil.

Fərid ƏDALƏT
BAKU.WS