Türkiyədə növbəti terror: 5 şəhid, 8 yaralı
10
avq
2016
10:59
Türkiyənin Şırnak şəhərində terrorçuların yolda quraşdırdıqları bomba nəticəsində zirehli hərbi vasitə partladılıb.
BAKU.WS-in məlumatına görə, partlayışda 5 əsgər şəhid olub, 8 əsgər yaralanıb.
Bölgəyə çox sayda təcili yardım göndərilib. Partlayışdan sonra təhlükəsizlik qüvvələri də əraziəyə cəlb edilib. Şəhid və yaralılar təcili yardımlarla müxtəlif xəstəxanalara aparılıb.
Son məlumata görə, bəzi yaralıların vəziyyəti ağırdır.
Partlayış hadisəsindən sonra bölgədə geniş əməliyyat başlayıb.
BAKU.WS
Oxşar xəbərlər
Türkiyədə PKK ilə döyüşdə 8 əsgər şəhid oldu, yaralılar var (VİDEO)
Türkiyənin Hakkari vilayətinin Çukurca kəndində səhər saatlarında təhlükəsizlik qüvvələri ilə PKK terrorçular arasında şiddətli qarşıdurma baş verib. BAKU.WS-...