59 yaşlı aktyor silahlı hücum zamanı öldürüldü
Amerikalı aktyor Conatan Cos silahlı hücum nəticəsində öldürülüb.
BAKU.WS "Variety"yə istinadən xəbər verir ki, polislər 59 yaşlı aktyorun cəsdəini yol kənarında tapıblar.
Məlumata görə, Cos silahlı hücum zamanı aldığı yaralardan həyatını itirib. Ona atəş açan 56 yaşlı Sigfredo Alvarez Ceja isə həbs edilib.
"Cinayətkar evdən bir qədər aralıda tutulub. Hadisə yerinə gələn təcili yardımın səylərinə baxmayaraq, aktyor vəfat edib" - deyə, bildirilib.
Conatan Cos bu günə qədər "Tulsa King", "Ray Donovan", "True Grit", "The Magnificent Seven" kimi ekran işlərində rol alıb.
O "The Red Corn Band" adlı musiqi qrupunun da üzvü olub.
Oxşar xəbərlər
Ən cəlbedici qadınlar bu ayda doğulur
Psixoloji sorğular və sosial müşahidələrə görə, ən cəlbedici qadınlar may ayında doğulanlar hesab olunur. BAKU.WS xəbər verir ki, mütəxəssislər bunu yaz fəslin...