SİZİN REKLAM BURADA!
055 213 76 73



3 yaşlı Azərbaycan vətəndaşı olan qadın Avstriyanın Zalsburq şəhərindəki həbsxanada yanğın törədib. Bu türmədə qeyri-qanuni miqrantlar yerləşdirilir.

BAKU.WS virtualaz.org-a istinadən xəbər verir ki, hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb.

Mənbəyə görə, Hernalder saxlama mərkəzində hadisə dünən saat 17:30-da baş verib. Qadın öz kamerasında döşəyi yandırıb və güclü tüstülənmə qeydə alınıb. Yanğının söndürülməsinə 22 yanğınsöndürən cəlb olunub və onlar tez bir zamanda alovun öhdəsindən gəliblər.

Tüstüdən güclü zəhərlənmə ilə azərbaycanlı qadın kamera yoldaşları ilə birlikdə, o cümlədən üç polis əməkdaşı yerli xəstəxanalardan birinə çatdırılıblar.

“Hadisənin səbəblərini bilmirik. Deportasiya yanğının törədilməsinin səbəbi ola bilməzdi. Qadın inzibati hüquq pozuntusuna görə müəssisədə saxlanılırdı”, - yerli polisin mətbuat katibi Nina Laubiçler jurnalistlərə deyib.

BAKU.WS