50 il boyunca uşaqlara dini təhsil verən rahib seksual istismar ittihamı ilə həbs olundu
ABŞ-də dörd ştatda yarım əsr ərzində minlərlə uşağa dini təhsil vermiş Pentekostal rahib Co Kempbell azyaşlılara qarşı seksual istismar ittihamları ilə saxlanılıb.
BAKU.WS xəbər verir ki, Oklahoma Baş Prokurorluğu 68 yaşlı rahibin azyaşlılara qarşı zorakılıq və əxlaqsız hərəkətlərdə təqsirləndirildiyini bildirib. Kempbell Missuri ştatında uşaq düşərgəsində həbs edilib.
İttihamlar NBC News-un araşdırmasından sonra gündəmə gəlib. Araşdırma göstərib ki, onillər boyunca baş verən iddialara baxmayaraq, dini qurumlar və hüquq-mühafizə orqanları məsələni lazımi şəkildə araşdırmayıb.
Məlumata görə, rahib 1989-cu ildə kilsədən uzaqlaşdırıldıqdan sonra öz dini qurumunu yaradıb və uşaqlarla işləməyə davam edib.
Oklahoma Baş Prokuroru Kempbellin əməllərini "dəhşətli" adlandırıb və azyaşlılara qarşı zorakılıq edən din xadimlərinə qarşı sərt tədbirlər görüləcəyini açıqlayıb.
Oxşar xəbərlər
82 yaşında vəfat edən aktyorun SON MESAJI hamını təsirləndirdi
Məşhur aktyor Qil Cerard vəfat edib. O 82 yaşında dünyasını dəyişib. BAKU.WS "Entertainmenttonight"a istinadən xəbər verir ki, bu barədə onun həyat yoldaşı Can...