4 il 3.5 kvadratmetrlik otaqda saxlanılan 16 uşaq valideynlərindən xilas edildi

4 il 3.5 kvadratmetrlik otaqda saxlanılan 16 uşaq valideynlərindən xilas edildi
Foto
Dünya 64

ABŞ-nin Ohayo ştatında qəribə olay yaşanıb.

BAKU.WS xəbər verir ki, xarabalığa çevrilmiş evə girən polislər illərdir bir otaqda nəcis və zibil arasında əsirlikdə saxlanılan 16 uşağı xilas ediblər.

Yaşları 1,5 ilə 18 yaşları arasında olan, bəziləri danışa bilməyən uşaqlar ürək ağrıdan vəziyyətdə olublar.

İnkişaf əlilliyi olan 18 yaşlı bir gənc hətta öz adını belə yaza bilməyib.

Mətbuat konfransında çıxış edən Şerif Rayan Keyn evdəki dəhşətli mənzərəni belə təsvir edib:

"Heyvanlarımızın əksəriyyəti uşaqlardan daha yaxşı şəraitdə saxlanılırdı".

Müstəntiqlərin araşdırmalarına görə, uşaqların son dörd ilin çox hissəsini evin içərisində təxminən 3,5 kvadratmetrlik tək otaqda keçirdiyi güman edilir.

Uşaqların evdə necə saxlanıldığı ilə bağlı təfərrüatlar hələ tam açıqlanmasa da, evdə heç bir qəfəs tapılmadığı qeyd edilib.

Xilas edilən uşaqlardan yeddisi Kolumbusdakı xəstəxanalara aparılıb, ağır yaralanan daha iki uşaq isə 1-ci səviyyəli travma mərkəzlərinə helikopterlə çatdırılıb.

Səlahiyyətlilər uşaqlardan birinin vəziyyətinin ağır olduğunu və süni tənəffüs aparatına qoşulduğunu bildiriblər.

"Ciddi fiziki zərər vurmaqla uşaqları təhlükəyə atmaq" ittihamı ilə üzləşən valideynlər və nənə-babalar məhkəmə qarşısına çıxıblar. Onlar hadisənin insan alveri deyil, "ailə məsələsi" olduğu vurğulayıblar.

İttihamları rədd edən və təqsirləndirilən şəxslərin hər birinə 300 000 dollar girov qoyulub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər