VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində bu gün PYD, YPG və İŞİD terror təşkilatlarına məxsus 44 obyekt dağıdılıb.
 
Türkiyə Baş Qərargahının yaydığı məlumata görə, əməliyyat başlayandan bu vaxtadək ümumilikdə  616  terrorçu məhv edilib. Əməliyyatın planlı şəkildə davam etdirildiyi bildirilir.
 
Qeyd edək ki, Türkiyə ordusu yanvarın 20-də Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı “Zeytun budağı” əməliyyatına başlayıb.  

BAKU.WS