Aslı Enver çəkiliş meydanına qayıdır - FOTO

Aslı Enver çəkiliş meydanına qayıdır - FOTO
Foto
Siyasət 308

Məşhur aktrisa Aslı Enver yeni layihəsi ilə ekranlara qayıdır.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, o “Kuşatma” adlı ekran işində rol alacaq.

Serialın ssenari müəllifi “Kiralık Aşk”, “Ufak Tefek Cinayetler”, “Kuş Uçuşu”, “Şahane Hayatım” kimi reytinqli layihələrə imza atan Meriç Acemidir.

Ekran işinin rejissorluğu isə Kapadokyada “Siyah Kalp” serialını çəkən Uluç Bayraktara həvalə edilib.

Serialda Nihal və Osmanın ağır və çətin həyat hekayəsindən bəhs ediləcək.

Layihədə Aslı Enverlə yanaşı, bir-birindən məşhur simalar da yer alacaqlar.

Xatırladaq ki, Aslı Enver iş adamı Berkin Gökbulakla evlidir. Cütlüyün Elay adlı bir qız övladı var.

Son xəbərlər