75 ölkədə nümayiş olunan "Erkenci Kuş" Fransa kanalında yayımlanacaq - FOTO

75 ölkədə nümayiş olunan Erkenci Kuş Fransa kanalında yayımlanacaq - FOTO
Siyasət 1

Türkiyədə yayımlanan və reytinqli seriallardan olan "Erkenci Kuş" dünyanın 75 ölkəsində böyük marağa səbəb olub.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, romantik komediya janrında lentə alınan ekran işi martın 4-dən etibarən Fransanın "Novelas TV" kanalında yayımlanacaq.

Serial Fransanın media qurumu "Canal+ Group" tərəfindən satın alınıb.

Ekran əsəri 2018-2019-cu illərdə nümayiş olunub. Senari müəllifləri Aslı Zengin və Banu Zengindir.

Serialın xaricdəki satışını "Global Agency" şirkəti həyata keçirib.

Fransa çox az sayda türk serialının nümayişinə üstünlük verir. Buna baxmayaraq "Erkenci Kuş" da həmin ekran işləri sırasında yer alacaq. Bu serialın Fransada nümayiş olunması digər türk serialları üçün də işıq yolu deməkdir.

Oxşar xəbərlər

Türkiyə ABŞ və İngiltərədən sonra ən çox serial ixrac edən ölkə oldu - FOTO

Türkiyə ABŞ və İngiltərədən sonra ən çox serial ixrac edən ölkə oldu - FOTO

Türkiyədə lentə alınan seriallar dünya miqyasında olduqca böyük rezonans doğurub. Ekran işləri sadəcə Şərq ölkələrində deyil, Avropa və Latın Amerikası ölkələri...

1 Siyasət 15:02 17 fevral 2024

Son xəbərlər