Şahzadə Uilyam və Keyt Middlton İngiltərəni tarixi uğur münasibətilə təbrik edib

Uels şahzadəsi Uilyam və xanımı şahzadə Keyt Middlton İngiltərə yığmasını 2024-cü il Avropa çempionatının finalına yüksəlməsi münasibətilə təbrik ediblər.
BAKU.WS xəbər verir ki, bu barədə Uels şahzadəsi və həyat yoldaşı X sosial şəbəkəsində yazıb.
"Möhtəşəm! AVRO-2024 finalçıları olan İngiltərəni təbrik edirik!”, - deyə paylaşımda bildirib.
Xatırladaq ki, AVRO-2024-ün yarımfinal mərhələsinin Hollandiya - İngiltərə oyunu bir gün əvvəl, iyulun 10-da baş tutub. Görüş Dortmunddakı “Siqnal İduna Park” stadionunda baş tutub. Oyunu Feliks Zveyerin başçılıq etdiyi hakimlər briqadası idarə edib. Qarşılaşma İngiltərə yığmasının 2:1 hesablı qələbəsi ilə başa çatıb. İngiltərə və İspaniya millilərinin qarşılaşacağı final qarşılaşması isə iyulun 14-də baş tutacaq. Oyun "Olimpiastadion" stadionunda (Berlin, Almaniya) keçiriləcək. Matçın start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.
Oxşar xəbərlər
Middlton təkcə xərçəng xəstəsi deyil: Uels şahzadəsi daha nələri gizlədir? - FOTO
Son zamanlar ən çox müzakirə edilən mövzulardan biri Keyt Middltonun sağlamlıq vəziyyətidir. BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, üç ay əvvəl ona...
