Keyt Middlton xərçəng xəstəliyindən əziyyət çəkir
Uels şahzadəsi Keyt Middlton onkoloji xəstəlik səbəbindən əməliyyat olunduğunu açıqlayıb.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, o, kimyaterapiya aldığını və hazırda bu müalicənin ilkin mərhələsində olduğunu bildirib.
Ailəsinin bir az zamana və gizliliyə ehtiyacı olduğunu bildirən şahzadə Keyt xərçəngin təfərrüatlarını açıqlamayıb.
Qeyd edək ki, uzun müddətdir ictimaiyyət arasında görünməyən 42 yaşlı Keyt Middletonla bağlı müxtəlif şayiələr yayılmışdı, hətta onun öldüyü deyilirdi.
Bir müddət əvvəl həyat yoldaşı şahzadə Uilyamla birlikdə görüntüləndikdən sonra şayiələrə son qoyulmuşdu.
Oxşar xəbərlər
Şahzadə Uilyam və həyat yoldaşı xəyanət xəbərlərindən sonra ilk dəfə görüntüləndilər
Şahzadə Uilyam və həyat yoldaşı Keyt Middlton yayılan xəyanət xəbərlərindən sonra ilk dəfə görüntüləniblər. BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, bu b...