SİZİN REKLAM BURADA!
055 213 76 73


İyulun 13-dən 14-nə keçən gecə planetimizi güclü maqnit qasırğası vuracaq və bu, günün sonuna qədər davam edəcək.

BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının alimləri xəbərdarlıq ediblər.

Maqnit qasırğasının gücü beş bal təşkil edəcək ki, bu da elektron avadanlıqların, mobil rabitənin nasazlığına, televiziya və radio proqramlarının kəsilməsinə səbəb ola bilər.

Bundan əlavə, təzyiqdən və ürək ritminin pozulmasından əziyyət çəkən meteohəssas insanların sağlamlığı kəskin şəkildə pisləşə bilər.

Xatırladaq ki, geofırtınanın pik nöqtəsi sonuncu dəfə iyunun 20-də müşahidə olunub.

BAKU.WS