Kiyevə endirilən zərbələr nəticəsində ölənlərin sayı səkkizə çatıb - YENİLƏNİB

Kiyevə endirilən zərbələr nəticəsində ölənlərin sayı səkkizə çatıb - YENİLƏNİB
Siyasət 89

Ukraynanın paytaxtı Kiyevə edilən Rusiya hücumu nəticəsində ölənlərin sayı səkkizə çatıb.

BAKU.WS xəbər verir ki, zərbələr nəticəsində 25 nəfər xəsarət alıb.

***11.56

Şahidlər Kiyevdəki Julyanı hava limanı yaxınlığında partlayışlar olduğunu bildiriblər.

BAKU.WS xəbər verir ki, paytaxtda bir neçə dəfə partlayış səsləri eşidilib, onlardan biri də Julyanı hava limanı yaxınlığında baş verib.

Bu barədə "TASS" məlumat yayıb.

"Julyanı hava limanının yaxınlığında güclü partlayış baş verib, Kiyevin özündə də bir neçə partlayış olub. Hava hücumundan müdafiə sistemi aktiv işləyir", - deyə rəsmilər açıqlama verib.

Başqa bir şahid "Julyany hava limanı yaxınlığında hava hücumundan müdafiə raketlərinin partladığını gördüm" - deyib.

Bundan əvvəl şəhərin meri Vitaliy Kliçko Telegram kanalında partlayışlar barədə məlumat yayıb.

Son xəbərlər