SİZİN REKLAM BURADA!
055 213 76 73


Yunanıstanın paytaxtı Afina şəhərində silsilə yanğınlar törədən və bunda iştirak edən şəxslər həbs edilib.

BAKU.WS xəbər verir ki, bu barədə “Naftemporiki” qəzeti məlumat yayıb.

Bildirilib ki, 2024-cü il mayın 15-də Afinanın mərkəzində bir mağaza, oteldə yanğınlər törədilib. Bunun ardınca isə iyunun 18-də sinaqoqda güclü yanğın olub.

Araşdırmalar zamanı baş verən iki ayrı yanğın hadisəsində iştirak etdiklərinə görə Yunanıstan Terrorla Mübarizə Xidmətinin sifarişi əsasında yeddi nəfər həbs edilib.

Faktla bağlı araşdırmalar davam edir.

BAKU.WS