İsraildə sinaqoqun tribunası çöküb, ölən və xəsarət alanlar var
16
may
2021
21:53
İsrailin Qivat-Zeev şəhərində sinaqoqda Şavout bayramı münasibətilə keçirilən mərasim zamanı tribunanın çökməsi nəticəsində azı 1 nəfər həlak olub.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə KAN telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə zamanı daha 60 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Qeyd edilir ki, onlardan 10-u ağır vəziyyətdədir.
Hadisənin görüntüləri müşahidə kameralarına düşüb. Bildirilir ki, mərasim zamanı sinaqoqda 600-dən çox insan olub.
Oxşar xəbərlər
İsraildə dini bayram zamanı faciə, 44 nəfər öldü - VİDEO
İsraildə dini bayram zamanı tribunanın uçması və yaranan izdiham nəticəsində 44 nəfər ölüb. BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Moren dağında,...