SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın paytaxtında mövcud hava şəraiti tornadonun yaranmasına səbəb ola bilər, lakin bu hava fenomenini dəqiq proqnozlaşdırmaq mümkün deyil.

BAKU.WS xəbər verir ki, bu barədə aif.ru-ya Phobos Hava Mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkovets məlumat verib.

"Mən sizə bir sirr açım - bu gün bizim elmimiz tornado ilə əlaqəli olan belə unikal, çox nadir hava proseslərini əvvəlcədən, yəni iki gün əvvəl proqnozlaşdırmaq imkanına malik deyil", - deyə o qeyd edib.

Tişkovets əlavə edib ki, bir neçə on dəqiqə ərzində tornado barədə proqnoz vermək belə yaxşı nəticədir. Bununla belə, tornadoların baş verməsinin təbii şərtləri var.

Mütəxəssisin fikrincə, uzun müddət davam edən istilər belə təbiət hadisəsinin baş verməsinə səbəb ola bilər. Tişkovets qeyd edib ki, artıq bir həftəyə yaxındır ki, Moskvada belə hava şəraiti müşahidə olunur. Tornadonun baş verməsi üçün göy gurultulu bulud lazımdır.

Eyni zamanda, sinoptik istilərə və tufanlara baxmayaraq, bu hava fenomeninin formalaşması üçün heç bir ciddi səbəb görmür.

BAKU.WS