"Arka sokaklar"ın rejissoru: "Serialdan istəyərək ayrılmadım" - FOTO
Orhan Oğuz 18 ildir rejissorluğunu etdiyi "Arka sokaklar" serialından ayrılıq səbəbini açıqlayıb.
BAKU.WS xəbər verir ki, o layihəni məcbur qalaraq tərk etidiyini bildirib:
"Mən "Arka sokaklar"dan istəyərək getmədim. Təəccüb və kədər içindəyəm. İclasa çağırıldım.
Mənə 18 illik serialın formatında dəyişiklik ediləcək. Mən də bunun səbəbini soruşmadım və iclasdan ayrıldım".
Xatırladaq ki, rejissor bir neçə gün əvvəl "İctimaiyyətin diqqətinə! 18 ildir rejissoru olduğum "Arka sokaklar" serialından ayrıldım.
Aktyorlara və bütün çəkiliş heyətinə təşəkkür edirəm" - deyə bildirib.
Məlumat üçün bildirək ki, serialın 19-cu mövsümünün çəkilişləri avqustun ilk həftəsində başlayacaq. Lakin ekran işinin yeni rejissorunun kim olacağı hələ ki, bilinmir.
Oxşar xəbərlər
Uzun illər çəkildiyi "Arka Sokaklar"a qayıdır - FOTO
Türkiyəli məşhur aktyor Şevket Çoruh (Mesut Komser) yenidən "Arka Sokaklar"a qayıdır. BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, onun hazırda rol aldığı "...