SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Sertab Erener bəzi konsertlərini ləğv edib, bəzilərini isə təxirə salıb.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, sənətçi bu ilin mayında Avroviziya Mahnı Müsabiqəsində iştirak etdikdən sonra səhhətində problemlər yaranıb.
 "İsveçdə keçirilən Avroviziya Mahnı Müsabiqəsinin yarımfinalından qayıtdıqdan sonra sağlamlıq problemləri ilə mübarizə aparıram.
Təəssüf ki, bu müddət ərzində iyun konsertlərinin bəzilərini təxirə salmalı oldum, bəzilərini isə ləğv etməli oldum. Buna görə təəssüf edirəm" - deyə Sertap bildirib. 
Xatırladaq ki, bu il mayın 10-da Sertab Erener Avroviziya səhnəsinə çıxıb. İsveçin Malmö şəhərində keçirilən yarışmada sənətçi illər əvvəl oxuduğu “Everyway That I Can” mahnısını yenidən səsləndirib. Onun bu çıxışı böyük coşqu və marağa səbəb olmuşdu. 
BAKU.WS
QALEREYA