Adel bu səbəbdən konsertlərini ləğv etdi

ABŞ-nin Las Veqas şəhərində ard-arda konsertlər verən məşhur müğənni Adelin səhhətində problemlər yaranıb.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, sinəsində yaranan ağrılar səbəbilə sənətçinin səsinin batma ehtimalı yaranıb və konsertlərini ləğv edib.
Adel səsilə bağlı ilk dəfə 2011-ci ildə problem yaşayıb. O həmin vaxt 23 yaşında idi. Fransada radiolardan birində canlı ifa səsləndirən Adelin səs telləri qanamışdı. Ona tibbi müdaxilə edərək səsteli mikrocərrahiyəsi həyata keçirilib.
Əməliyaytdan 3 ay sonra o 2012-ci ildə "Grammy" mükafatlandırma mərasimində 6 mükafat aldı.
2017-ci ildə yenidən səsi batan Adel konsertlərini ləğv etmişdi. Müğənni uzun müddət fikirlərini jest və mimikalarla çatdırmağa çalışırdı.
Oxşar xəbərlər
ŞOK HADİSƏ: 3 "Grammy" qazanan repçi zaldaca həbs edildi - VİDEO
Ötən gecə Los Ancelesdə keçirilən 66-cı "Grammy" mükafatları mərasimində hər kəsi təəccübləndirən hadisə yaşanıb. BAKU.WS xəbər verir ki, gecədə 3 "Grammy" qaz...
