Rekord istilərlə bağlı Moskva sakinlərinə xəbərdarlıq edildi
01
iyl
2024
09:53
Bu gündən Moskvada anomal istilər müşahidə edilməyə başlayacaq.
BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiyanın Hidrometeorologiya Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, termometrlər gün ərzində +33 dərəcəyə çatacaq.
Külək cənub-qərb istiqamətində 4-9 metr/saniyə güclənəcək. Atmosfer təzyiqi 745 millimetr civə sütunu təşkil edəcək. İyulun 2-nə keçən gecə havanın temperaturu +19-a enəcək.
Oxşar xəbərlər
Bu gündən Moskvada güclü istilər başlayır
İyunun 27-dən etibarən Rusiyanın paytaxtı Moskvada güclü istilər başlayacaq. BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə “Phobos” hava mərkəzi...