SİZİN REKLAM BURADA!
055 213 76 73


“Yeşilçam”ın məşhur aktyorlarından İzzet Günay artıq sağalıb.  

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, Bodrumda yürüş edərkən yıxılan 90 yaşlı aktyorun səhhətinin yaxşı olduğu qeyd edilib və evə buraxılıb.

Onun bəzi müalicələri isə Koyunbaba məhəlləsində yaşadığı evində davam etdiriləcək. 

Xatırladaq ki, aktyor yürüş edərkən yıxılıb və onun ayaq sümükləri, o cümlədən biləyi sərt şəkildə əzilib.  

Qeyd edək ki, İzzet Günay "Vesikalı Yarim", "Hayat mı Bu", "Renkli Dünya", "Ağaçlar Ayakta Ölür" kimi bir çox ekran işində rol alıb.

BAKU.WS
QALEREYA