SİZİN REKLAM BURADA!
055 213 76 73


“Kurtlar Vadisi” serialının məşhur aktyoru Turqay Tanülkünün övladı olmasa da, onun ailə üzvlərinin sayı 101 nəfərə çatıb.

BAKU.WS xəbər evrir ki, aktyorun övladlığa götürdüyü uşaqların sayı hazırda 26-dır. Onun 75 nəvəsi var.

Ümumi ailəsi üzvlərinin sayı isə 101 nəfərdir.

Məlumat üçün bildirək ki, Turqay Tanülkü siyasi səbəblərə görə 18 yaşında həbsxanaya düşüb və onun heç vaxt öz övladı olmayıb.

Həbsxanadan çıxdıqdan sonra ömürlük məhkumluq alan şəxsin uşağına sahib çıxıb və bu günə qədər övladlığa götürmə ənənsini davam etdirib.

O 26 övladına təhsil verərək bütün ehtiyaclarını qarşılayır. Həmin uşaqlardan ikisi indi dövlət orqanlarında vəzifəli şəxsdirlər.

Xatırladaq ki, Turqay Tanülkü illər əvvəl “Kurtlar Vadisi”ndə Şahin Ağa obrazına həyat verib.

BAKU.WS
QALEREYA