SİZİN REKLAM BURADA!
055 213 76 73


Livanın baş naziri Nəcib Mikati hesab edir ki, İsrail ölkəyə qarşı psixoloji müharibə aparır.

“Report” xəbər verir ki, bu barədə hökumət başçısı Cənub Hərbi Dairəsinin Tiredəki bazasına səfəri zamanı bildirib.

Baş nazir əlavə edib ki, Livan hökumətinin səyləri cənub rayonlarının sakinlərinin müdafiəsinə və İsraillə sərhəddə atəşkəsin bərpasına yönəlib:

“Livana qarşı cilovsuz psixoloji müharibə aparılır, İsrail bizi yeni təcavüz təhlükəsi ilə qorxudur, ona görə də mənim cənuba səfərim Livan ordusu və fədakar əhali ilə həmrəyliyi ifadə etmək məqsədi daşıyır”.

Livan ordusunun zabitləri ilə söhbətdən sonra o, hökumətin öhdəlik götürdüyü BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsini tam yerinə yetirmək üçün Litani çayının cənubunda yerləşdirilən qoşunların sayını artırmaq, onları silah və texnika ilə təchiz etmək lazım olduğu qənaətinə gəlib.

BAKU.WS