Rusiya və İranın XİN başçıları Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər
Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Əli Baqeri Kayani ilə telefon danışığı aparıb.
“Report” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Danışıq zamanı əsas diqqət Yaxın Şərqdəki mövcud vəziyyətə yönəldilib.
Tərəflər regionda, ilk növbədə Fələstin-İsrail münaqişəsi zonasında çoxsaylı böhranların həll olunmaması nəticəsində yaranan gərginliyin təhlükəli şəkildə artmasından ciddi narahatlıqlarını ifadə ediblər.
Konstruktiv əhval-ruhiyyəli beynəlxalq oyunçuların köməyi ilə mövcud problemlərin siyasi və diplomatik vasitələrlə həllinin prioriteti vurğulanır", - məlumatda bildirilir.
Oxşar xəbərlər
2034-cü ilə qədər İsrail Fələstinlə diplomatik əlaqələr qura bilər
Yaxın Şərqdəki münaqişə səbəbindən münasibətləri kəskin şəkildə pisləşən İsrail və Səudiyyə Ərəbistanı müstəqil Fələstin dövlətinin yaradılması planlarının hazı...