ABŞ-ın böyük şəhərləri su altında qala bilər

ABŞ-ın böyük şəhərləri su altında qala bilər
Siyasət 89

ABŞ-ın üç böyük şəhəri su altında qala bilər.

BAKU.WS “Phys.org” saytına istinadən xəbər verir ki, bu barədə Drexel Universitetinin alimləri araşdırmalar zamanı bildiriblər.

Qeyd ediblər ki, qlobal istiləşmə nəticəsində Amerikanın Nyu-York, Filadelfiya və Boston şəhərləri su altında qala bilər.

Tədqiqatçıların nəticələrinə görə, buna bu şəhərlərin kanalizasiya sistemlərinin dolması, eləcə də su mənbələrinin yaxınlığında yerləşməsi də təsir göstərə bilər.

Qlobal istiləşmə yağışların və çayların səviyyəsini artması ilə nəticələnib. Bu şəhərlərdə qarışıq kanalizasiya sistemləri artan yüklərin öhdəsindən gələ bilməyəcək.

“Filadelfiya, Nyu-York və Boston kimi köhnə sahil şəhərləri daşqınlar zamanı təmizlənməmiş kanalizasiya suları ilə dolacaq. Beləliklə bu şəhərlər su altında qalma riski altındadı”, - nəşr yazır.

Oxşar xəbərlər

Son xəbərlər